AŞPA-nın nümayəndələri oktyabrda gələcək

AŞPA-nın  nümayəndələri oktyabrda gələcək
  27 Avqust 2013    Oxunub:1094
Avropa Şurasının Parlament Assembleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bakıya 32 nəfərdən ibarət nümayəndə heyəti göndərəcək. Bu barədə AŞPA məlumat yayıb.

Məlumatda bildirilir ki, nümayəndə heyəti oktyabrın 7-dən 10-a kimi Bakıda olacaq.
AŞPA-dan bildiriblər ki, 7 nəfərdən ibarət nümayəndə heyəti isə seçkiqabağı vəziyyətin monitorinqini keçirmək üçün senytabrın 10-dan 13-ə kimi Bakıda olacaq.
Sözügedən nümayəndə heyətinin sentyabrın 13-də mətbuat konfransı keçirməsi planlaşdırılır.

Məlumatda bildirilir ki, AŞPA seçkiləri izlədikdən sonra yekun hesabat qəbul edəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti