Distant təhsil diplomu tanına bilər

Distant təhsil diplomu tanına bilər
  27 Avqust 2013    Oxunub:1213
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsində distant təhsilalma forması üçün müvafiq təhsil proqramının tətbiq edilməsi tələbi nəzərdə tutulub.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar hazırda müvafiq icra mexanizmi təsdiq edilmədiyindən, distant təhsilalma formasında xarici ali təhsil müəssisələrinin məzunlarının diplomlarının ölkə ərazisində tanınması (nostrifikasiya) həyata keçirilmir.

Bu sahədə müvafiq normativ-hüquqi akt qüvvəyə mindikdən sonra qeyd edilən məsələyə baxılacaq.

AzVision.az




Teqlər:





Xəbər lenti