Mübariz Mədətovun oğlu da əfv edildi

Mübariz Mədətovun oğlu da əfv edildi
  17 Mart 2017    Oxunub:12183
Bu gün prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında "Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov da var.

X.Mədətov 2014-cü ildə sərxoş vəziyyətdə idarə etdiyi bahalı "Galendawagen" markalı avtomobillə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü.

Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb.

Qeyd edək ki, bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.

AzVision.az


Teqlər: Prezident   Əfv  





Xəbər lenti