Dünya liderləri “Twitter”də

Dünya liderləri “Twitter”də
  27 Avqust 2013    Oxunub:2100
Dünya liderləri “Twitter” sosial şəbəkəsində öz rəylərini paylaşıblar.
AzVision.az The Huffington Post-a istinadən Bill Klinton, Barak Obama, Həsən Ruhani, Hillari Klinton və Kevin Rudun bu həftə “Twitter” sosial şəbəkəsində paylaşdıqları yazıları təqdim edir.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton:

“Mən oyunumu oynayıram”. Qeyd edək ki, Klinton bacısı qızı Fiona və qardaşı oğlu Simonla birlikdə fotosunu sosial şəbəkəyə yerləşdirib.



ABŞ prezidenti Barak Obama:

“Futbol əla oyundur. Lakin mən beysbol oynamağı da çox sevirəm”.

İran prezidenti Həsən Ruhani:

“Sələfim Əhmədinejaddan fərqli olaraq, mənim hökumətimin göylərlə əlaqəsi yoxdur və mən möcüzə ustası deyiləm”.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton:

“Onun 67 yaşının tamam olduğuna inana bilmirəm. O, dörd yaşında olduğuna heç bənzəmir”.



Avstraliyanın baş naziri Kevin Rud:

“Yaxşı ki bu seçki bizim rəqs bacarığımızı müəyyən etmir”.



AzVision.az


Teqlər:  





Xəbər lenti