Türkiyənin məşhur mebel şirkəti Bakıda mağaza açdı

  18 Mart 2017    Oxunub : 1288
Türkiyənin məşhur mebel şirkəti Bakıda mağaza açdı

Türkiyənin məşhur mebel markası olan “ALBİMO mobilya”nın Bakıda ilk ən böyük mağazasının açılışı olub. Bu tanınmış şirkətin istehsalı olan istənilən növdə və hər zövqə uyğun yüksək keyfiyyətli mebelləri Nəriman Nərimanov metrosunun yaxınlığında açılan “Edel” mebel mərkəzindən əldə etmək mümkündür.

Bakıda fəaliyyətə başlayan “ALBİMO”nun ilk və yeganə ən böyük mağazasında modern və avanqard üslubda divan və künc divan dəstləri, yataq və qonaq otağı mebelləri, jurnal masaları satılır. Burada istənilən müştərinin həm zövqünə, həm də cibinə uyğun hər çeşiddə mebel var. Yeni açılan mebel mağazasında satılan bütün məhsullar sağlam və təbii materialdan hazırlanıb. Dükanda yüksək keyfiyyətə və dayanıqlılığa zəmanət verilir.

Dükanda həmçinin Türkiyənin fərqli dizaynlı “Pelesenk Mobilya” və “Mobimexx Aksesuar” şirkətlərinin istehsal etdiyi mebel məhsulları da təqdim edilir. Satışa çıxarılan mebellərin qiymətindən, dizaynından, ölçülərindən asılı olmayaraq, keyfiyyət və müştəri məmnuniyyəti Türkiyə şirkətlərini Bakıda təmsil edən mebel mağazasının rəhbərliyinin əsas hədəfidir.
Yeni açılan mağaza Nəriman Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, “Edel” mebel mərkəzinin 3-cü mərtəbəsində yerləşir.

Mebel çeşidləri ilə Türkiyənin www.albimo.com.tr, www.pelesenk.com.tr və www.mobimexx.com internet səhifələrinə daxil olub, birbaşa tanış ola bilərsiniz.

Həmçinin sosial şəbəkələr vasitəsilə - pelesenk.azerbaijan (İnstagram) və ALBİMO.Azerbaijan (Facebook) bizimlə əlaqə saxlamaq mümkündür.

Teqlər: