Hərbi çağırış başladı

Hərbi çağırış başladı
  27 Fevral 2013    Oxunub:1672
Azərbaycan prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb.
Xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2013-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaq
Azərbaycan prezidenti İlham Əliyev ölkə vətəndaşlarının 2013-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2013-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır. Sərəncamın ikinci bəndinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2013-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaq.



Teqlər:  





Xəbər lenti