“Pribaltikaya qoşun yeritməliyik, Azərbaycana isə...”

“Pribaltikaya qoşun yeritməliyik, Azərbaycana isə...”
  27 Avqust 2013    Oxunub:1336
“Əvvəl təklif edirdim ki, NATO Suriyaya hücum etdiyi halda, biz Zaqafqaziyaya qoşun yeritməli olacağıq. İndi isə vəziyyət dəyişib. Ermənistan bir tərəfdən Qərbin xeyrinə müəyyən addım ataraq etibarlı müttəfiq rolunu itirib. Digər tərəfdən, Azərbaycan Rusiya ilə yaxınlaşmaq üçün addım atıb”. Bu sözlər “ermənilərin dostu” kimi tanınan rusiyalı politoloq Mixail Aleksandrova aiddir.

Onun sözlərinə görə, Azərbaycan ərazisində İran və Rusiyaya qarşı əməliyyatlar aparmaq üçün Qərbə imkan verilməyəcək: “Bu şərtlərdə Xəzər üzrə Rusiya-İran əlaqələri təhdid altında olmayacaq və Azərbaycan da tamamilə rahat buraxılacaq”.

Politoloq hesab edir ki, Rusiya Qərbə aydın başa salmalıdır ki, Suriyaya qarşı hücum onlara baha başa gələcək. Bu halda Rusiya strateji üstünlük olan Baltikyanı ölkələrə doğru addım atmalıdır. Qərb isə beynəlxalq hüquq normalarını pozaraq Suriyaya hücüm edir.

“Düşünürəm ki, Rusiya qoşunlarının Baltikyanı ölkələrə girməsi minimal itkilərlə, ümumiyyətlə itkisiz ötüşəcək. Bundan başqa, Latviya və Estoniya əhalisinin yarısı Rusiya qoşunlarının ölkəyə gəlməsini 1940-cı ildə olduğu kimi güllərlə qarşılayacaq”,- politoloq əminliklə deyib.

Mixail Aleksandrov bildirib ki, Rusiya nüvə sınaqlarının qadağası haqqında müqavilədən çıxmalı və Yeni Dünyada nüvə partlayışı sınağını keçirməlidir: “Bu bizim niyyətmizin ciddiliyini və ehtiyac olduğu halda nüvə silahı tətbiq etməyə hazır olduğumuzu Qərbə göstərəcək. ABŞ-la yalnız “güc dili” ilə danışmaq lazımdır, onlar başqa dili anlamırlar”.

“İndi isə Latviya və Estoniya sərhədlərində və Kalininqrad ərazisində hərbi qüvvələrimizi yerləşdirmək lazımdır. Bu addım ola bilsin Vaşinqtonda isti başlara ayıldıcı təsir göstərəcək” - politoloq vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti