Virtualaz.org saytının məlumatına görə, toplantıda EL Hərəkatının ilk yaradıcılarından olduğu bildirilən qurumun Şamaxı rayon təşkilatının sədri Rəhim Qasımov, Qusar rayon təşkilatının sədri Aqil Şahvələdov, Qaradağ rayon təşkilatının sədri Rəsul Qurbanov və təşkilatın üzvləri iştirak ediblər.
İştirakçılar EL-in indiki fəaliyyətindən narahat olduqlarını, təşkilatın siyasi fəaliyyətinin düzgün istiqamətdə aparılmadığını bəyan ediblər. Belə ki, toplantı iştirakçıları onlar tərəfindən yaradıldığını dedikləri EL-i Eldar Namazov və Eldəniz Quliyevin əlindən alacaqlarını bildiriblər.
Təsis toplnatısında qərara alınıb ki, avqustun 30-da Beynəlxalq Mətbuat Mərkəzində EL-in rayon təşkilatlarının iştirakı ilə iclas keçirilsin və təşkilat yenidən formalaşdırılsın. Əflan İbrahimovun EL Hərəkatının sədri seçilməsinə qərar verilib.