Turistlərə pulsuz velosiped

Turistlərə pulsuz velosiped
  28 Avqust 2013    Oxunub:987
Berlində turistlərə şəhəri gəzmək üçün pulsuz velosiped verilir.
Bununla bağlı 2012-ci ilin iyununda İrlandiyadan olan velosiped həvəskarı tərəfindən yaradılan sayt fəaliyyət göstərir. Sayt vasitəsilə şəhəri bu iki təkərli nəqliyyatda səyahət etmək istəyənlər velosipedləri əvvəlcədən sifariş edə bilərlər. Sayt sifarişi aldıqdan sonra velosipedin yerini və açarının kodunu sifarişçiyə verir. Velosipedlər yerli sakinlər tərəfindən ianə edilir. "Texnologiyanın verdiyi imkanlardan istifadə edərək, insanlara sərvətlərdən pulsuz istifadə etmək şansı yaradılmalıdır"- deyən irlandiyalı həvəskar bildirib ki, proyektin məqsədi insanlara istifadə etmədikləri əşyalarını ianə etməyə çağırmaq və bununla da turistlərin xərclərini azaltmaqdır. Hazırda bu layihənin əhatə dairəsini genişləndirmək üçün insanlardan pul yardımı kampaniyasına start verilib.


Teqlər:





Xəbər lenti