Məmmədyarov Nalbandyanla görüşəcək

Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri də bölgəyə səfər edəcəklər
Nazirlərin növbəti görüşündən sonra həmsədrlərin də regiona növbəti səfəri planlaşdırılıb.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 28-də Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər. Həmsədrlər nazirlərlə 2012-ci ilin oktyabrında sülh prosesinin irəliləməsi üzrə tərəflərə təqdim etdikləri təklifləri müzakirə ediblər. XİN rəhbərləri münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını və danışıqları davam etdirəcəklərini bildirirlər.
Teqlər: