Kimsəsiz uşaqların arzuları reallaşdırılıb
Novruz bayramı zamanı keçirilən tədbirə uşaqlar üçün sehirbazlar da çağırılmışdı. Daha sonra isə uşaqların səbrsizliklə gözlədiyi məşhurlar sırayla səhnədə öz mahnılarını ifa edib, onlarla əyləndilər. Gələnlər arasında Sevil və Sevinc bacıları, Günay İbrahimli, Samir Piriyev və Aşıq Samirə də var idi.
Layihənin təşkilatçılarından olan Fikrət Qasımzadə deyib ki bu, bütün Azərbaycan gəncliyinin layihəsidir: “Biz bu işi fəxrlə və sevərək yerinə yetiririk”.
Xatırladaq ki, “Childlove” layihəsinin təşkilatçıları Tural Babayev, Fikrət Qasımzadə, Elçin Babayev və Nigar Abıyevadır.