"Bunu etsək, insanlar işləməkdən yadırğayar" - Səlim Müslümov

"Bunu etsək, insanlar işləməkdən yadırğayar" - Səlim Müslümov
  29 Mart 2017    Oxunub:2367
“Kənd təsərrüfatı sahəsində əhalinin işlək təbəqəsinin 36,7 faizi formalaşıb. Onları əməyə cəlb etmək lazımdır”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, lazım olsa onlar üçün verilən ünvanlı sosial yardımın məbləğini artırmaq olar: “Vətənaşlara kifayət qədər vəsait vermək mümkündür. Bunun üçün imkanlar var. Lakin bu deqradasiyaya gətirib çıxara bilər. Bununla insanlar işləməkdən yadırğayar”.

O, qeyd edib ki, bu gün Avropa ölkələrində kənd təsərrüfatına çox böyük dotasiyalar verilir və Azərbaycanda da bu sahənin inkişafı üçün tədbirlər görülür: “Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən böyük üzüm sahələri salındı. Ancaq 80-ci illərdə Qorbaçov tərəfindən alkoqolizmə qarşı mübarizə adı altında bütün üzüm sahələri məhv edildi. Bu gün 100 ha üzüm sahəsi salmaq üçün 1 milyon dollardan çox vəsait lazımdır".

Anar Kəlbiyev
AzVision.az



Teqlər: ƏƏSM   Nazir   SəlimMüslümov  





Xəbər lenti