7 yaşlı uşağın qətli ilə bağlı rəsmi məlumat

7 yaşlı uşağın qətli ilə bağlı rəsmi məlumat
  29 Mart 2017    Oxunub:1346
Daxili İşlər Nazirliyi Sabirabadda 7 yaşlı uşağın atası tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən AzVision.az-a DİN-in saytına istinadən xəbər verir ki, martın 28-də Sabirabad rayonunun Ulacalı kəndində yaşayan - əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində həyat yoldaşı Günel Məmmədova ilə aralarında baş verən münaqişə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.

R.Məmmədov Sabirabad RPŞ əməkdaşları tərəfindən tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti