Avtomobil balaca Hitleri vurdu – VİDEO

Avtomobil balaca Hitleri vurdu – VİDEO
  28 Avqust 2013    Oxunub:1038
Almaniyada “Mercedes-Benz” şirkətinin reklamı ilə bağlı qalmaqal yaranıb.
AzVision.az The Huffington Post-a istinadən xəbər verir ki, Baden-Vyurtemberq kinoakademiyasının tələbələri “Mercedes-Benz” şirkətinin sponsorluq etdiyi reklam çarxı çəkib. Videoçarxda şirkətə məxsus avtomobil balaca Adolf Hitleri vurur.

Reklamın şüarı bu cürdür: “Təhlükəni əvvəlcədən hiss edir”. Qısa reklam çarxı həqiqətən çox peşəkar hazırlanıb. XX əsrin əvvələrinə aid kiçik kənddə hərəkət edən Mercedes-Benz yola qaçan qızlara dəyməmək üçün dayanır, lakin sonra qarşısına çıxan balaca Hitlerə dəyir. Hitler isə yıxılaraq svastikanı xatırladan formada yerə uzanır. Reklam çarxının sonunda uşağın anasının “Adolf!” – deyə qışqırığı eşidilir.

“Mercedes-Benz” şirkəti sözügedən reklama narazılığını bildirib. Şirkətə görə, reklamda uşağın ölümündən və nasist simvolundan istifadə etmək heç də məqsədə uyğun deyil.



AzVision.az


Teqlər:  





Xəbər lenti