Təhsillə bağlı yeni qanun layihəsi hazırlanır

Təhsillə bağlı yeni qanun layihəsi hazırlanır
  31 Mart 2017    Oxunub:2027
Azərbaycanda "Peşə təhsili haqqında" qanun layihəsinin hazırlanmasına başlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, bununla bağlı komitə sədri İsa Həbibbəylinin rəhbərliyi ilə işçi qrupu yaradılıb.

Deputat qeyd edib ki, işçi qrupunda Təhsil Nazirliyi və digər aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri təmsil olunurlar.
B.Əliyev hesab edir ki, qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə təqdim olunacaq.

AzVision.az


Teqlər: MilliMəclis   Təhsil   Qanun  





Xəbər lenti