Kim inək öldürsə, ömürlük həbs olunacaq

Kim inək öldürsə, ömürlük həbs olunacaq
  31 Mart 2017    Oxunub:2870
Hindistanın qərbində Qucarat ştatının qanunverici məclisi inək qətlinə görə ömürlük həbs cəza verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qanunda edilən digər dəyişikliklə inəklərin daşınması ilə bağlı da cəzalar artırılıb. Belə ki, iri buynuzlu mal-qaranın daşındığı avtomobil ömürlük müsadirə olunacaq.

Qeyd edək ki, bundan öncə inəklərin öldürülməsinə görə yeddi illik həbs cəzası verilirdi.

AzVision.az



Teqlər: Hindistan   inək  





Xəbər lenti