"ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək" - Tillerson

"ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək" - Tillerson
  01 Aprel 2017    Oxunub:1279
Krım Ukraynaya qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək.

Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşündə bəyan edib.

“ABŞ və NATO tərəfindən Ukraynaya dəstək davamlı olaraq qalacaq. NATO üzrə tərəfdaşlarımız da Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir”, deyə R.Tillerson bildirib.

O əlavə edib ki, ABŞ Rusiyadan Minsk razılaşmalarının yerinə yetirilməsini tələb etməkdə davam edəcək. (APA)

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Tillerson   Sanksiya  





Xəbər lenti