Ermənistandakı seçkiyə görə AzVisionun Tvitter hesabı bağlandı
Hazırda Tvitter şəbəkəsi erməni jurnalistlərin və hüquq müdafiəçilərinin bu kimi statusları ilə dolub.
“Ölkədə nə isə pis şeylər baş verir. @reporterarm @stepangrig @Hetq_Trace @civilnetTV – nin tvitter hesabları dayandırılıb”.
Ermənistanın ingilis dilində fəaliyyət göstərən müstəqil jurnalistlər platforması, sosial media və informasiya təhlükəsizliyi üzrə ekspert, Ermənistanın İnternet Şurasının üzvü Samvel Martirosyan, yerli və xarici jurnalistlər bağlanan hesabların açılması üçün digər istifadəçilərdən dəstək istəyib.
Qeyd edək ki, bağlanan hesablar Ermənistanda sabah keçiriləcək parlament seçkiləri ilə bağlı xəbərlər yayan ən etibarlı mənbələrin hesablarıdır. AzVision.az-ın ingilis dili bölməsinin hesabı - @AzVisionEn də məlum səbəbdən bağlanıb. Hesabın açılması üçün tvitterə müraciət etdik. Qayda pozuntusu olmadığına görə, hesab açılsa da, saytın bütün izləyiciləri silinib. Bu isə o deməkdir ki, paylaşılan xəbərlər ünvana yetişməyəcək.
Tam və ya qismən bağlanılan hesablar arasında xarici dillərdə yayımlananların çoxluq təşkil etməsi isə onu göstərir ki, Ermənistan höküməti seçki saxtakarlığının beynəlxalq ictimaiyyətdə ifşasından qorxur.
Bu həm də Ermənistanda mətbuat və söz azadlığının boğulması deməkdir.
S.Həsənova
AzVision.az
Teqlər: #Ermənistan #seçkilər #tvitter