Cəmil Həsənli diplomatik korpusla görüşəcək

Cəmil Həsənli diplomatik korpusla görüşəcək
  28 Avqust 2013    Oxunub:1504
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin nümayəndələri ilə görüşəcək.

Musavat.com-a daxil olan məlumata görə, görüş Müsavat Partiyasının qərargahında keçiriləcək.

Diplomatik korpus nümayəndələri ilə görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və Milli Şura Aparatının rəhbəri Eldar Namazovun da iştirak edəcəyi gözlənilir.


Teqlər:  





Xəbər lenti