“Rokfellerin xalası oğlu” bu dəfə Əli Kərimli ilə məzələndi - FOTO
Siyasi meydanda özünü “Fokfellerin xalası oğlu” kimi təqdim edən Eldəniz Quliyev “Facebook”da Milli Şuranın mitinqini məsxərəyə qoyaraq yazıb: “Yuli Sezar teleqrama vurub, Milli Şuranın mitinqinə qatılacağını bildirib: “Gələcəm, görəcəm, qələbə çalacam!”.
Şübhəsiz ki, Eldəniz Quliyevin məzə dolu statusu mitinqin təşkilatçısı olan Əli Kərimliyə ünvanlanıb.
E.Quliyev bundan başqa NİDA-çılara da söz açıb: “Sual işarəsi nə vaxtsa NİDA olub. Kiminsə qarşısında, yaxud nə üçünsə əyilib, bükülüb, büzüşüb, təzim edib və sonda sual işarəsinə çevrilib”.
Onun bu statusundan sonra Əli Kərimlinin tərəfdarları E.Quliyevə qarşı kampaniyaya başlayıb. Eldəniz Quliyevin MŞ-dan istefa etməsi tələb olunur.
Məsələ ilə bağlı AzVision.az-a açıqlamasında Eldəniz Quliyev deyib ki, qiybət səviyyəli söhbətlərə münasibət bildirmək istəmir: “Kimsə ara vurmağa ciddi cəhd edir. NİDA ilə bağlı yazdığım aforizmdir. İndi NİDA-çılar bunu öz üzərlərinə götürürlərsə, bu onların öz problemidir. Başqa kim nə deyirsə, özü bilər”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: #MilliŞura #Müxalifət #Mitinq