“Azərcell”dən oğurluq edən tutuldu

  28 Avqust 2013    Oxunub : 796
“Azərcell”dən oğurluq edən tutuldu
“Azərcell”dən oğurluq edən Masallı sakini saxlanıldı
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Paşayev tutulub.

O, avqustun 26-da "Azərcell" MMC-nə məxsus radio-baza stansiyasından 100 metr uzunluqda ildırım ötürücüsü naqilini oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az

Teqlər: