Suriya İsrailə cavab zərbəsi endirəcək

Suriya İsrailə cavab zərbəsi endirəcək
  28 Avqust 2013    Oxunub:1349
Suriyalı hərbçi xəbərdarlıq edib ki, Suriyaya qarşı planlaşdırılan hərbi əməliyyat Dəməşqə və onun müttəfiqlərinə İsrailə zərbə endirmək üçün imkan yaradacaq.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Suriyaya qarşı hərbi əməliyyat onu İsrailə cavab zərbəsi endirməyə məcbur edəcək. Bu barədə Suriya hərbçisi İranın “Fars” agentliyinə bildirib.

“Suriyaya qarşı hücum edildiyi halda ölkəmiz İsrailə zərbə endirəcək. İsrail müharibə meydanına çevriləcək. Bu isə qonşu ölkələrə təsir edəcək” - Suriya hərbçisi xəbərdarlıq edib.

Livanın “Hizbullah” şiə qruplaşmasının üzvləri xəbərdarlıq ediblər ki, ABŞ və digər qərb ölkələrinin Suriyaya qarşı hərbi müdaxiləsi Yaxın Şərqdə irimiqyaslı müharibəyə səbəb olacaq. Eyni zamanda, ABŞ-ın Suriyaya zərbəsi ölkədə “Əl-Qaidə” təşkilatının mövqeyini gücləndirəcək.

Bir gün əvvəl İsrailin baş naziri Binyamin Netanyahu xəbərdarlıq edib ki, əgər Suriya hər hansı bir üsulla ona zərər yetirməyə çalışsa, İsrail güc tətbiq edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti