Lavrov ABŞ-a etirazını bildirdi: "Onsuz da münasibətlərimiz yaxşı deyil"
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov ABŞ-ın Suriyaya raket zərbələri endirməsinə münasibət bildirərkən deyib.
Rusiya XİN rəhbəri vurğulayıb ki, rəsmi Moskva Vaşinqtonun Suriyada aviabazaya zərbələr endirməsindən nəticələr çıxaracaq: “ABŞ-ın aviazərbələri Astana və Cenevrə danışıqlarını pozmaq və Suriyada hakimiyyəti güc yolu ilə dəyişmək istəyənlərin xeyrinədir”.
Qeyd edək ki, ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən Suriyanın “Şayrat” hərbi bazasına endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib. Bundan əlavə, aerodromdakı yanacaq sisternləri də yanıb. Yanğın indiyədək söndürülməyib. Bir qədər əvvəl zərbə nəticəsində 6 nəfərin, o cümlədən bir pilotun həlak olduğu barədə məlumat yayılıb. Həmçinin bir neçə təyyarəçinin yaralandığı bildirilir.
Eldar Tanrıverdiyev
AzVision.az