Məktəblilərin tətil müddəti azaldıla bilər

Məktəblilərin tətil müddəti azaldıla bilər
  28 Avqust 2013    Oxunub:1244
“Dərs həftəsi 5 gün olacaq”
“Yeni tədris ili sentyabrın 16-da başlayacaq. Bu məsələyə dair qərar birmənalıdır”. Təhsil naziri Mikayıl Cabbarov belə deyib: “Mənim fikrimcə, şagirdlər üçün 3 ay yarım istirahət uzun müddətdir. Beynəlxalq təcrübə göstərir ki, yay tətilləri uzun olarkən, şagirdlər payızda qayıdanda onların bilik səviyyələri aşağı olur, nəinki yazda məktəbi bitirərkən”.

Nazir bildirib ki, uşaqlara nə qədər çox istirahət etməyə icazə verilirsə, dərs zamanı onların yükü bir o qədər artır. Çünki dərs günləri də azalır: “Bizim vaxtımızda nəinki dərslər sentyabrın 1-də başlayırdı, hətta dərs həftəsi 6 gün idi. Bunu da çox zaman unudurlar. Amma bir qayda olaraq dərslər sentyabrın 16-da başlayacaq və dərs həftəsi 5 gün olacaq”.(modern.az)


Teqlər:  





Xəbər lenti