Deputatlarımız Türkiyədəki referendumu izləyəcək

Deputatlarımız Türkiyədəki referendumu izləyəcək
  10 Aprel 2017    Oxunub:1404
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 13-də Ankaraya səfərə gedəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər.

Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər.

Səfər aprelin 17-də başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti