38 min “Facebook” istifadəçisi araşdırılıb

38 min “Facebook” istifadəçisi araşdırılıb
  29 Avqust 2013    Oxunub:1004
Müxtəlif ölkələrin xüsusi xidmət orqanları “Facebook” sosial şəbəkəsinin 38 min istifadəçi haqqında informasiya tələb edib.
AzVision.az xəbər verir ki, şirkət rəsmi bloqunda bildirib ki, o, 74 ölkədən 2013-cü ildə ilk altı ay ərzində sosial şəbəkənin 38 min istifadəçisinə aid təxminən 26 min sorğu alıb. ABŞ hüquq-mühafizə orqanları sorğuların sayına görə lider olub. Onlar 20-21 min istifadəçi haqqında 11-12 min sorğu tələb edib. Sorğunun 79 %-i təmin edilib. Hindistan 3,2 min sorğu ilə ikinci, Böyük Britaniya 1,9 min sorğu ilə üçüncü yerdə dayanır. Rusiya hökumətindən “Facebook”a bir istifadəçi haqqında sorğu daxil olub, lakin o təmin edilməyib.

Qeyd edək ki, sorğuların əksəriyyəti cinayət araşdırması, soyğunçuluq və insan oğurluğu ilə bağlı olub.

AzVision.az


Teqlər:





Xəbər lenti