Kasıb Ermənistanın zəngin meri - Markaryanın 250 milyon pulu var
AzVision.az-ın “Joğovurd”a istinadən verdiyi məlumata görə, rəhbərlikdə olduğu beş il ərzində Ermənistanda yoxsulluğun sürətlə artdığı bir vaxtda İrəvan şəhər meri Taron Mrakaryan sərvətini çoxalda bilib. O, 2013-cü ildə var-dövlətinin 115 milyon dram olduğunu açıqlamışdısa, indi bu rəqəm 250 milyon dramdır.
Bundan başqa, Markaryan 45 min dollar, 50 min avroya və "Zet & Zet" şirkətinin 50%-lik səhmlərinə də malikdir.
Markaryanın elan edilmiş daşınmaz əmlakına İrəvanın Tumanyan küçəsində 190,2 kvadrat metrlik bütöv bir mərtəbəni əhatə edən mənzil, Avanın Sayat-Nova məhəlləsində 137,9 kvadrat metrlik mənzil, Avanın Babacanyan küçəsində 1578,3 kvadrat metrlik ərazi və 761,24 kvadrat metrlik ərazisi ilə ticarət mərkəzi sahəsi daxildir.
Bundan başqa onun Acaryan küçəsində 3729.8 kvadrat metrlik, Çarentsi məhəlləsində isə 44 kvadrat metrlik tikinti, Çermukda bir yaylıq və iki qarajının olduğu bildirilir.
Şahin Qocayev
AzVision.az
Teqlər: Ermənistan İrəvan