Gürcüstan kəşfiyyatı prezidentin əlindən çıxdı

Gürcüstan kəşfiyyatı prezidentin əlindən çıxdı
  28 Fevral 2013    Oxunub:1427
Gürcüstanda Dövlət Kəşfiyyat Xidməti hökumətə tabe olacaq.
Gürcüstan parlamentindən verilən məlumata görə, bu dəyişiklik ölkə parlamentinin Prosedur komitəsinin rəhbəri İrina İmerlişvilinin təşəbbüsü ilə müvafiq qanuna daxil ediləcək.
Layihəyə görə, Kəşfiyyat Xidməti İcra hakimiyyətinin tabeçiliyində olan xüsusi təyinatlı müəssisə olacaq. Onun fəaliyyəti üzərində hökumət nəzarəti olacaq.

Dəyişikliyin qüvvəyə minməsindən sonra Dövlət Kəşfiyyat Xidmətinin fəaliyyəti məsələləri, müvafiq vəzifəli şəxslərin vəzifəyə təyin və azad edilməsini Prezident əvəzinə Baş nazir həll edəcək.

Parlament əksəriyyətinin təşəbbüsləri çərçivəsində Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosu da Baş nazirin tabeçiliyinə keçəcək.

Qeyd edək ki, artıq Dövlər Mühafizəsi Xüsusi Xidməti Baş nazirə tabedir. Prezident Mixeil Saakaşvili artıq mühafizəçilərin xidmətlərindən imtina edərək Gürcüstanda öz şəxsi avtomobili ilə hərəkət edir.




Teqlər:





Xəbər lenti