Ermənistan müxalifəti seçkidən şikayət edəcək
“Şübhəsiz ki, biz Konstitusiya məhkəməsinə müraciət edəcəyik”, - deyə Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.
Ermənistan qanunvericiliyinə əsasən səsvermənin nəticələri barədə şikayəti nəticələrin rəsmən elan olunmasından 5 gün sonra, saat 18:00- qədər təqdim etmək mümkündür.
Qeyd edək ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Nəticələrə əsasən seçkidə ilk yeri səslərin 49,12%-ni toplayan Respublika partiyası tutub. İkinci yerdə “Tsarukyan” bloku (27,32 %) qərarlaşıb. Bülletenlərin 100%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,77 % səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,57%) qabaqlayıb.
Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan Seçki Müxalifət Şikayət