İranın XİN rəhbəri Moskvaya səfər edib

İranın XİN rəhbəri Moskvaya səfər edib
  14 Aprel 2017    Oxunub:1274
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvaya rəsmi səfərə gedib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Zərif Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həmçinin Moskvada rəsmi səfərdə olan suriyalı həmkarı Valid Muallimlə də görüşəcək.

Rusiya, İran və Suriya XİN rəhbərlərinin üzrə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Hələlik görüşün nə vaxt keçiriləcəyi ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson Suriya münaqişəsi ilə bağlı Rusiyaya səfər edib. Gərgin keçən səfərdən sonra tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər. Məhz bu səfərdən sonra Rusiya, İran və Suriya XİN rəhbərlərinin görüşü nəzərdə tutulub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Rusiya   Suriya   XİN  





Xəbər lenti