Azərbaycanla Rusiya arasında sərhəd müzakirəsi
Birgə Komissiyanın iclasının işində hər iki ölkənin Dövlət Komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak ediblər.
İclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılıb, “Azərbaycan-Rusiya Birgə Komissiyasının 2017-ci il üzrə iş Planı” təsdiq olunub, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsinin razılaşdırılaraq imzalanıb və yekun olaraq iclasın nəticələrinə dair Protokol imzalanıb.
Əldə olunmuş razılaşmaların davamı olaraq Birgə Komissiyanın növbəti iclasının cari ilin üçüncü rübündə Moskvada keçirilməsi nəzərdə tutulur.
Eldar Tanrıverdiyev
AzVision.az