Yeni pasportlara elektron çip yerləşdirildi

Yeni pasportlara elektron çip yerləşdirildi
  29 Avqust 2013    Oxunub:1606
Kanada Pasport Xidməti yeni pasport nümunəsi hazırlayıb

Kanada Pasport Xidməti üz qabığına elektron çipin quraşdırıldığı yeni pasport nümunəsi hazırlayıb. Hakimiyyət nümayəndələrinin fikrincə, bu, çoxsaylı ölkələrə vizasız daxil olmağa imkan verən milli pasportların saxtalaşdırılmasının qarşısını almaqda kömək edəcək. Kağız pasportun üz qabığına quraşdırılan elektron çip pasport sahibinin imzası istisna olmaqla ikinci səhifədəki məlumatı özündə saxlayır. Çipdə həmçinin pasport sahibinin fotoşəkili və pasportun Kanada hökuməti tərəfindən verilməsini təsdiq edən yoxlama mexanizmi yer alıb.

Pasportun üz qabığındakı çip yalnız 10 santimetrlik məsafədən oxuna bilər ki, bunun da sayəsində pasport sahibinin icazəsi olmadan informasiyanı oxumaq qeyri-mümkündür. Çipdə istənilən informasiyanın dəyişdirilməsi pasportu avtomatik olaraq etibarsız edir.

Kanadanın miqrasiya qanunlarına əsasən, pasport 5 ildən bir dəyişdirilməlidir. Miqrasiya Xidmətinin məlumatına görə, bu müddət ərzində yeni elektron sənədlər adi kağız pasportlarla eyni hüquqi qüvvəyə malik olacaq.


Teqlər:  





Xəbər lenti