Belluçini boşatdıran azərbaycanlı bloqqer imiş-VIDEO

Belluçini boşatdıran azərbaycanlı bloqqer imiş-VIDEO
  29 Avqust 2013    Oxunub:1507
Monika Belluççi və Vinsent Kasselin boşanması haqqında xəbər sosial şəbəkələrdə səs-küyə səbəb olub.
AzVision.az xəbər verir ki, sosial şəbəkələrdə bəziləri bu nikahın pozulmasına məyus olduğunu yazmış, digərləri isə cütlüyün boşanmasında həm Belluççini, həm də Kasseli günahlandırmışdı.



Azərbaycanlı bloqqer Monika Belluççi ilə Telman İsmayılovun birgə fotosunu yerləşdirdikdən sonra cütlüyün boşanması barədə anlaşılmazlıq daha da dərinləşib. Bloqqer zarafatla fotonun altında “Ayrılıq salan” sözlərini qeyd edib. Bir müddətdən sonra isə yerli KİV-də belə bir məlumat yayılıb ki, guya Monika Belluççi və Vinsent Kasselin ayrılmasına Telman İsmayılov səbəb olub. İnformasiya o qədər sürətlə yayılır ki, hətta Rusiyanın NTV telekanalı məsələ ilə bağlı reportaj hazırlayır.

Rusiya mətbuatında “Monika Belluççi özünə yeni adaxlı tapdı, bu Telman İsmayılovdur!”, “Monika Belluççi Kasseli Telman İsmayılovla aldatdı”, “Monika Belluççi Telman İsmayılovla sevgilidir” adlı başlıqlar yayılmağa başlayır. Az keçmir informasiya qərbə və Belluççinin vətəni İtaliyaya yayılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti