“İkinci Pərdə”nin çəkilişlərinə start verildi - FOTOLAR

“İkinci Pərdə”nin çəkilişlərinə start verildi - FOTOLAR
  18 Aprel 2017    Oxunub:3847
Son 1 il-də ölkəmizdə ard-arda filmlər çəkilib və çəkilməkdə davam edir.
Artıq bu sahə də öz inkişaf yolunu gedir. Bu günlərdə film sektoruna daha bir kino gələcək. "İkinci Pərdə" adlanan tammetrajlı filmin hazırda çəkilişləri gedir. Xatırladaq ki, filmin quruluşçu rejissoru daha əvvəl “Pərdə” filmi ilə diqqət mərkəzində olan Emil Quliyevdir.



“İkinci Pərdə”nin ssenari müəllifi Emil Quliyev və Pərviz Həsənov,operator Dimitri Suvorov,Quruluş və geyim üzrə rəssam: Şahin Həsənli,Cast director: Zaur Şəfiyev. Baş prodüser isə Orxan Mərdandır.



Orxan Mərdandan aldığımız məlumata görə filmdə baş rolları,Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov canlandırır. Filmdə digər rolları Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Zaur Aydəmir, Zaur Şəfiyev, Ruslan Ağayev, Tural Əhməd, və başqaları ifa edir.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İkinciPərdə  





Xəbər lenti