450 kq ərzaq satışdan çıxarılıb

450 kq ərzaq satışdan çıxarılıb
  29 Avqust 2013    Oxunub:901
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən paytaxtda və respublikanın bir sıra şəhər və rayonlarında keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötən malların satıldığı aşkarlanıb.
İqtisadi İnkişaf Nazirliyinin AzVision.az-a verilən məlumata görə, ümumilikdə, monitorinqlər zamanı 450 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Məlumatda bildirilir ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.



Teqlər:  





Xəbər lenti