Həkimlərin maaşı artdı- SƏRƏNCAM

Həkimlərin maaşı artdı- SƏRƏNCAM
  30 Avqust 2013    Oxunub:999
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılmasına dair sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, səhiyyə müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılması qərara alınır.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti