Deputatımız Tacikistana gedir

Deputatımız Tacikistana gedir
  22 Aprel 2017    Oxunub:1141
Milli Məclisin deputatı Naqif Həmzəyev 2017-ci ilin MDB məkanında Ailə İli elan olunması ilə əlaqədar Tacikistanın paytaxtında keçiriləcək “Ailə ocağı” mövzusunda forumda iştirak etmək üçün aprelin 23-dən 28-dək Düşənbədə səfərdə olacaq.
Milli Məclisin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, deputatımız MDB ölkələri könüllülərinin təşəbbüsləri forumunda “Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusunda məruzə edəcək.

Forum çərçivəsində MDB məkanındakı gənclər təşkilatları və assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılacaq, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsinə diqqət yetiriləcək, demoqrafiya siyasəti nəzərdən keçiriləcək.

AzVision.az


Teqlər: Deputat   Milli-Məclis   Tacikistan  





Xəbər lenti