Fransada seçkidən sonra etirazlar: 143 nəfər həbs edilib

Fransada seçkidən sonra etirazlar: 143 nəfər həbs edilib
  24 Aprel 2017    Oxunub:1712
Fransanın paytaxtı Parisdə birinci tur prezident seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra baş verən etirazlarda 143 nəfər həbs edilib. AzVision.az “TASS”a istinadən xəbər verir ki, nümayişçilərlə polislər arasında baş verən toqquşmalarda 9 nəfər xəsarət alıb. Onlardan 6-sı polis, 3-ü mülki şəxsdir.
Hazırda saxlanılanların 29-u polis nəzəratindədir. Aksiya iştirakçıları bankların və polis avtomobillərinin şüşələrini sındırıblar Etirazçılar, həmçinin asayiş keşikçilərinə şüşə qablar atıblar.

Qeyd edək ki, ötən gecə Bastiliya meydanından başlanan etirazlar səbəbindən küçələr bağlanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan, dəyənək, gurultulu və tüstü buraxan şaşkadan istifadə edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Fransa   Seçki   Etiraz  





Xəbər lenti