Avropadakı anti-Azərbaycan erməni şəbəkəsinin üzvləri - HESABAT (FOTOLAR)

Avropadakı anti-Azərbaycan erməni şəbəkəsinin üzvləri  - HESABAT (FOTOLAR)
  24 Aprel 2017    Oxunub:11357
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin saytında “İkinci hissə: Cənab Nils Muiznieks, Avropa Şurasının insan hüquqları üzrə komissarı” adlı analitik yazı yerləşdirilib.
Müəlliflər yazıda beş ildir Avropa Şurası Parlament Assambleyası tərəfindən seçilmiş insan hüquqları üzrə komissarın bu qurumun nəzdində gizli fəaliyyət göstərən erməni şəbəkəsi ilə sıx əlaqələrini aydın göstərərək aparılan ikili standartlardan bəhs edib.

Erməni şəbəkəsinin əsas üzvləri

Nils Muiznieksin Corc Sorosla bağlı olan və Ermənistanın maraqlarının müdafiəsi ilə məşğul olan QHT-nin fəaliyyətinə rəhbərlik etməsini inkar etmək olmaz. O, həmçinin Avropa Şurası Parlament Assambleyasının sabiq sədri Voyçe Saviçki də daxil olmaqla, əvvəlki tərəfdaşlarının köməyinə arxalanır.

Muiznieks və Saviçki bizim daha əvvəlki hesabatda adları hallanan deputatların qeyri-şərtsiz köməyinə də arxalana bilər:

Piter Omçqit

Kristof Ştrasser

Frank Şvabbe

Tini Koks

Röne Ruke

Fransua Roşblen


Muiznieks, Saviçki və digər deputatlar Avropa Şurası Parlament Assambleyasının etik prinsiplər və davranış kodekslərini pozaraq Soros şəbəkəsi və Ermənistanın konkret maraqlarının gizli saxlanılmasına nail olmaq istəyirlər. Bundan əlavə onlar beynəlxalq hüququ kobud şəkildə pozurlar.

Bu məqamda Azərbaycanın torpaqlarının işğalını və Azərbaycan əhalisinin zorla köçürülməsini pisləyən BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı dörd qətnaməsi (822, 853, 874 və 884) xatırlatmaq yerinə düşərdi.

Piter Omçqit, Kristof Ştrasser, Frank Şvabbe və Tina Koks AŞPA-nın plenar sessiyalarına paralel olaraq Soros şəbəkəsinin maraqlarının təmin olunmasına və Avropa Şurasına üzv ölkələrə yaxşı və pis qiymətləndirmənin paylanmasına yönələn tədbirlərin təşkilində ixtisaslaşıblar. Onların təkrarlanan hücumlarının ilk qurbanları Azərbaycan, Rusiya və Türkiyədədir. Ermənistanın tənqid edilmədiyini və “millət modeli” kimi təqdim olunmasını isə deməyə ehtiyac yoxdur.

Daha bir qalmaqala səbəb olan fakt isə Nils Muiznieksin şəxsən 21 aprel 2015-ci ildə “Siyasi məhbuslarsız Avropa üçün – Azərbaycanla bağlı vəziyyət” simpozimunu təşkil edilməsidir. Bu utancverici hücuma baxmayaraq, Avropa Şurasının “İnsan Haqları üzrə” Komissarının Azərbaycanın məcburi köçkünlərinin vəziyyətini analiz edilməsi daha məqsədəuyğundur. Aydındır ki, bu dramatik humanitar məsələ Nils Muiznieksi narahat etmir.


Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən Nils Muiznieks (solda) və Piter Omçiqt (sağda)


(“Avropa Sabitliyi Təşəbbüsü” Soros QHT şəbəkəsi komandasında ikinci olan Aleksandra Stiqmayer anti-Azərbaycan diskussiyası zamanı)

“Sol Birlik” parlament qrupunun rəhbəri Tini Koksun da 21 aprel 2015-ci ildə keçirilən simpozium zamanı rolunu vurğulamaq lazımdır. Koks Soros Fondunun Avropa Şurasındakı fəaliyyətini aparan əsas üzvlərdəndir.


(Tini Koks Soros şəbəkəsinin Avropa Şurası parlament Assambelyasındakı əsas üzvü)

Nils Muiznieks yalnız 21 aprel 2015-ci ildə keçirilən tədbirdə iştirak etməyib. O, üzv ölkələrə, xüsusilə Azərbaycan, Rusiya və Türkiyəyə qarşı çoxsaylı debatlarda iştirak edib. O, həmçinin yuxarıda adı çəkilən antiAzərbaycan tədbirində Kristofer Ştrasserlə birgə iş aparıb.



Nils Muiznieks və Kristof Ştrasser – uzunmüddətdir ki, dostdurlar və Avropa Şurasının dəstəyi ilə fəaliyyət göstərən erməni şəbəkəsinin əsas liderləridir. Bu iki şəxs Corc Sorosun maraqlarının qorunmasında aktiv şəkildə iştirak edir və bütün vasitələrlə Avropa Şurası Parlament Assambleyasına ermənipərəst ritorika tətbiq etməyə çalışırlar.



Qeyd edək ki, Nils Muiznieks öz mandatının sonuna qədər Avropa Şurası İnsan Haqları üzrə komissarı olacaq. Onun bu vəzifəsini yaxın dostu və tərəfdaşı Kristof Ştrasser də arzulayır. Bu iki nəfər düşünür ki, Soros və erməni şəbəkəsi adından öz fəaliyyətlərini davam etdirə, Ştrasser isə öz yaxın dostu Muiznieksi İnsan haqları üzrə komissar vəzifəsində əvəz edə bilər.

Sonuncu hesabatda aydın görünür ki, Kristof Ştrasser Avrop Şurasının siyasətini diktə edəcək və bütün separatçı təşəbbüslərdən uzaq olmağı tələb edən prestijli vəzifəni tutmaq üçün dəyərlərə malik deyil.

2012-ci ildən bəri Nils Muiznieks və Kristof Ştrasser QHT və Avropa Şurası Parlament Assambleyasının üzvlərini Soros Fondunu investorları və Ermənistan respublikası ilə birləşdirən kompleks şəbəkə yaradıb.

Soros şəbəkəsi birbaşa və ya maliyyə cəhətdən bağlı olan Avropa Şurası və QHT-lərin yüksək rütbəli üzvlərinin maraqların müdafiəsinə hesabalanan görüşlər təşkil edib.


( “Avropa Sabitliyi Təşəbbüsü” komandasında ikinci şəxs (solda), “Amnesty International” Avropa üzrə bölməsinin rəhbəri Con Dalhusen, “Avropa Sabitliyi Təşəbbüsü” sədri Cerald Knaus donorları olan Soros Fondu ilə Avropa Şurası Parlament Assambleyasına necə təsir etmək strategiyasını müzakirə edərkən)

Qeyd edilən görüşdən bir neçə həftə sonra “Amnesty International” təşkilatının Avropa üzrə bölməsinin rəhbəri Con Dalhusen Corc Sorosun “adamları”nın köməkliyi ilə erməni şəbəkəsi tərəfindən təşkil olunan və anti-Azərbaycan hücumları kimi unikal məqsədi olan sosialist Frank Şvabbenin təşkil etdiyi tədbirdə iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: AŞPA  





Xəbər lenti