“Müsəlman Qardaşlar”ın lideri tutuldu

“Müsəlman Qardaşlar”ın lideri tutuldu
  30 Avqust 2013    Oxunub:1197
“Müsəlman Qardaşlar”ın əsas fiqurlarından biri olan Məhəmməd əl-Beltaqi həbs olunub.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Misir rəsmiləri məlumat verib. Dövlət mediasının yaydığı informasiyaya görə, Beltaqi zorakılıq törətməkdə ittiham olunub.

Keçmiş əmək naziri Xalid əl-Əzharinin də həbs olunduğu bildirilib.

Qeyd edək ki, Beltaqinin tutulmasına iyulun 10-da order verilmişdi. Lakin həbs orderinə baxmayaraq o, Qahirədəki etirazlara qoşulmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti