Elxan Süleymanov nazirləri Polşaya nəyə apardı?

Elxan Süleymanov nazirləri Polşaya nəyə apardı?
  01 Fevral 2013    Oxunub:1119
Millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyətimiz yanvarın 31-də əhəmiyyətli görüşlər keçirib.
Bu barədə AzVision.az-a millət vəkili Elxan Süleymanov məlumat verib. Onun sözlərinə görə, Krakov görüşləri Strateji Təlimlər İnstitutunda, Krakov İqtisad Universitetində və qədim ənənələrə malik Yagellon Universitetində baş tutub.
Strateji Təlimlər İnstitutunda təsisatın direktoru ilə Sənaye və Energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov və digər nümayəndələr arasında görüş keçirilib. Görüşdə Bakı-Varşava əməkdaşlığının perspektivlərindən danışılıb.
Elxan Süleymanov deyib ki, Krakov İqtisad Universitetində keçirilən görüş zamanı ali məktəbin rektoru Andjey Çoçol və prorektor Andjey Sokolovski nümayəndə heyətinə universitet haqqında ətraflı məlumat veriblər. Bu universitetin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin üzvləri təhsil naziri Misir Mərdanov, Sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova arasında müzakirələr aparılıb. İki ölkə arasında mövcud olan dostluq əlaqələrindən,əməkdaşlığın inkişaf perspektivlərindən söhbət açılıb. Görüşün sonunda Bakı Dövlət Universiteti ilə Krakov İqtisad Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.
Krakovda sonuncu görüş XV əsrin əvvəllərindən fəaliyyət göstərən Yaqellon Universitetində keçirilib. Burada da Azərbaycan ali təhsil müəssisələrinin rektorları çıxış ediblər. Sonda Bakı Dövlət Universiteti ilə Yaqellon Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.
Qeyd edək ki, bu gün görüşlər Varşavada davam edəcək.


Teqlər:  





Xəbər lenti