Azərbaycan-İsrail: `Ağlabatmaz müttəfiqlər`

Azərbaycan-İsrail: `Ağlabatmaz müttəfiqlər`
  30 Avqust 2013    Oxunub:1009
Amerikanın tanınmış saytı, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan Azərbaycan-İsrail dostluğu ilə bağlı müsahibə götürüb
ABŞ-ın xüsusilə çoxsaylı yəhudi icması tərəfindən yaxından izlənən "washingtonjewishweek.com" internet dərgisində 28 avqust tarixində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə müsahibə əsasında hazırlanaraq, "Ağlabatmaz müttəfiqlər" (Unlikely allies) başlıqlı məqalə yayılıb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin verdiyi məlumata görə, məqalədə səfir Elin Süleymanovun Azərbaycan və onun tarixi, ölkəmizdə hökm sürən dözümlülük ənənələri, Azərbaycanda yaşayan yəhudi icması və İsrail ilə çoxşaxəli münasibətlərimiz barədə ifadə etdiyi fikirlərə geniş yer verilir.

Azərbaycanın yəhudi icması, İsrail xalqı və Amerikalıların dostu olduğunu və bu münasibətin Azərbaycan hökuməti və xalqının şüurlu seçimindən irəli gəldiyini deyən Elin Süleymanov, eləcə də Azərbaycanın müsəlman Şərqində demokratik prinsiplərin bərqərar olduğu və heç bir ayrı-seçkilik etmədən bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara səsvermə hüququ təqdim edən ilk ölkə olduğunu göstərib.

Səfir, ölkəmizdə yaşayan yəhudi icmasının tarixinin 2500 ildən artıq olduğunu qeyd edərək, Azərbaycanda yəhudi həmvətənlərimizin fəaliyyətindən söz açıb, yəhudi icmasının Azərbaycan parlamentində hər zaman təmsil olunduğunu deyib və Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə nazirinin yəhudi əsilli olduğunu xatırladıb.

Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın yəhudi icması və İsrail ilə sıx əlaqələrə malik olmasının daşıdığı mühüm əhəmiyyəti önə çəkən səfir Süleymanov bu misalın İsrailin müsəlman ölkələri ilə münasibətlərinin "texniki sülh"dən daha dərinə gedə biləcəyinin göstərici olduğunu söyləyib. Səfir ümumiyyətlə İudaizm və İslam arasında çox az fərqin mövcud olduğunu, diqqətin bizləri fərqləndirən deyil, birləşdirən amillər üzərində cəmləşdirilməli olduğunu bildirib və bu mənada o, Azərbaycanı bir model olaraq təqdim edib.

Bundan əlavə, səfir cari ilin yazında Azərbaycan xarici işlər naziri cənab Elmar Məmmədyarovun İsrailə səfirindən bəhs edib və ölkələrimiz arasında artan ticarət dövriyyəsini qeyd edib.


Teqlər:





Xəbər lenti