Qaçırılan türk pilotlarının səs yazısı - VİDEO

Qaçırılan türk pilotlarının səs yazısı - VİDEO
  30 Avqust 2013    Oxunub:1189
Audioyazını Livanın "LBC" telekanalı yayıb
Bu ayın əvvəllərində Livanda qaçırılan iki türkiyəli pilotun səs yazısı yayılıb. Livanın "LBC" telekanalı tərəfindən yayımlanan səs yazısında türk pilotlardan biri - Murad Ağca danışdığı tarixin 28 avqust olduğunu bildirir və onların azad edilməsinə təşəbbüs göstərən hər kəsə minnətdar olduqlarını və tezliklə xilas ediləcəklərinə ümid etdiyini bildirib.

Xatırladaq ki, türk pilotlar Murad Ağca və Murad Akpınar avqustun əvvəllərində Livanın paytaxtı Beyrutda qaldıqları otelin girişindən silahlı şəxslər tərəfindən qaçırılmışdı.

Hadisədən sonra "İmam Rzanın Ziyarətçiləri" adlanan qruplaşma məsuliyyəti öz üzərinə götürüb və türk pilotların azad edilməsi üçün Suriyada müxalifət qüvvələrinin əlində olan 9 livanlı girovun azad edilməsi şərtini irəli sürüb



Səbinə


Teqlər:  





Xəbər lenti