Polad Bülbüloğlu bu ölkənin Xalq artisti oldu

Polad Bülbüloğlu bu ölkənin Xalq artisti oldu
  30 Aprel 2017    Oxunub:2261
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Türkmənistanın Xalq artisti fəxri adının verilməsinə dair fərman imzalayıb.
AzVision.az APA-ya istinadən bildirir ki, fərmana əsasən, Polad Bülbüloğlu fəxri ada Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, mədəni və humanitar sahələrdə dialoqun genişləndirilməsindəki xüsusi xidmətləri, habelə istedadı və mahnı-musiqi sənətinin inkişafındakı uğurlarına görə təltif olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti