"Müharibə başlasa, dünya yox olar" - Roma Papası

"Müharibə başlasa, dünya yox olar" - Roma Papası
  30 Aprel 2017    Oxunub:1830
Roma Papası Fransisk Şimali Koreya-ABŞ gərginliyinin getdikcə təhlükəli həddə çatdığını bildirərək, qarşılıqlı anlaşma əldə olunması üçün üçüncü bir ölkənin vasitəçiliyinin vacibliyini vurğulayıb.
Qahirəyə səfərini başa çatdıraraq Vatikana yola düşən Papa təyyarədə jurnalistlərə müsahibəsində müharibənin xeyli insanın ölümünə səbəb olacağını diqqətə çatdırıb.

“Müharibə başlayarsa dünya yox olar. İnsanların yarısı deyil, böyük hissəsi ölər. Bu, qorxulu mənzərədir. Münaqişənin tezliklə sülh yolu ilə həll olunması lazımdır”, - deyə Roma Papası bildirib. (AzərTAc)

AzVision.az


Teqlər: Roma   Papa  





Xəbər lenti