“Ərinə de, ərimi buraxsın”

“Ərinə de, ərimi buraxsın”
  28 Fevral 2013    Oxunub:1548
Suriyada 191 gündür itkin düşən türkiyəli jurnalist Bəşər Fəhmi Kaduminin həyat yoldaşı Arzu Kadumi Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə məktub yazıb.
“Hürriyet” vasitəsilə birinci xanıma səslənən Arzu Kadumi 191 gündür hər gün atasını soruşan oğluna nə cavab verəcəyini soruşub. Həyat yoldaşının Suriyaya yalnız vəzifə borcunu icra etmək, Suriyadakı həqiqətləri dünyaya çatdırmaq üçün getdiyini deyən Kadumi, tək istəyinin ərinin səhhəti haqqında məlumat almaq olduğunu deyib.

“Hər telefon zəngi, hər qapı tıqqıltısı belə bizi həyəcanlandırır. İçimdən bir səs onu sağ olduğunu deyir. Onun yaşadığına inanıram. Ölsəydi bunu hiss edərdim. Heç bir xəbər almadan, illərlə gözləməkdən çox qorxuram. Yalvarıram mənim üçün həyat yoldaşınızdan xahiş edin. Mənim üçün nəsə edin. Səsim sizə çatsa, laqeyd qalmayacağınızdan əminəm”,-deyə məktubda yazılıb.



Teqlər:  





Xəbər lenti