Avqustda buz dövrü - VİDEO

Avqustda buz dövrü - VİDEO
  30 Avqust 2013    Oxunub:1078
Güclü qar səbəbindən Perunun cənub regionunda 60-günlük fövqəladə vəziyyət elan edib
Perunun cənubunda anomal şaxta hökm sürür. Meteoroloqlar regionda son 10 ilin ən güclü qarının yağdığını bildirirlər. Son bir neçə gündə Perunun cənubunda azı 1 metr hündürlüyündə qar yağıb.

Güclü qar Arekipa və Puno şəhərlərini birləşdirən magistral yolun bağlanmasına və 100-dən çox avtomobilin yolda qalmasına səbəb olub.

Şaxta və qar uçqunları səbəbindən 12 minə yaxın ailənin təcrid olduğu bildirilir. Peruda avqustun əvvəllərindən -15 dərəcə temperatur müşahidə edilir. Anomal şaxtaların uzun müddət davam etməsi ilə əlaqədar Peru prezidenti Ollanta Humala regionun 9 əyalətində 60-günlük fövqəladə vəziyyət elan edib.




Teqlər:  





Xəbər lenti