İki nazir işdən çıxarıldı

İki nazir işdən çıxarıldı
  01 May 2017    Oxunub:2993
Tunisin baş naziri Yusif Şahed iki naziri istefaya göndərib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin maliyyə və təhsil nazirləri işdən çıxarılıb.

Məlumata görə, maliyyə naziri Lamia Zribi ölkənin milli valyutasının qiymətdən düşməsi səbəbindən işdən azad olunub. Təhsil naziri Neji Jalloul isə həmkarlar ittifaqının tələbi əsasında istefaya göndərilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Nazir   İstefa  





Xəbər lenti