Toni Bleyr siyasətə qayıdır

Toni Bleyr siyasətə qayıdır
  01 May 2017    Oxunub:1670
Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyr (1997-2007) bəyan edib ki, krallığın Avropa İttifaqından (Aİ) çıxması onu siyasətə qayıtmağa sövq edir. AzVision.az xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb.
“Brexit mənim siyasətdə daha aktiv iştirakım üçün birbaşa motivasiya oldu”, - deyə 63 yaşlı siyasətçi bildirib.

O, əlavə edib ki, Böyük Britaniyanın Aİ-dən çıxması olduqca çətin proses olacaq.

Daha əvvəl xarici KİV-lər yazmışdı ki, Bleyr Britaniya siyasətində böyük bir dəliyin olduğunu və bu dəliyi onun doldura biləcəyini hesab edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Britaniya  





Xəbər lenti