Türkiyədə 1 May qarşıdurması: 200 nəfər tutulub (VİDEO)

Türkiyədə 1 May qarşıdurması: 200 nəfər tutulub (VİDEO)
  01 May 2017    Oxunub:2933
Türkiyədə 1 May - Beynəlxalq Əmək Günü ilə əlaqədar keçirilən aksiyalarda polislə nümayişçilər arasında qarşıdurma baş verib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, əmək gününün qeyd edilməsi üçün ayrılan sahələrdən kənara çıxmaq istəyən qrupların qarşısını almaq istəyən polis 200-dən çox nümayişçini saxlayıb.

Aksiya iştirakçılarından 30-dan çox “Molotov kokteyli”, 17 əl qumbarası, 176 fişəng və müxtəlif soyuq silahlar aşkar edilərək götürülüb. Bakırköydə qarşıdurma zamanı polis havaya atəş açıb.



***

1 May - Beynəlxalq Əmək Günü ilə əlaqədar İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, metro stansiyaları, bəzi avtomobil yolları və Taksim meydanına gedən yollar müvəqqətli bağlanıb.



Taksim meydanına etiraz üçün gələn iki nəfər həbs edilib. Bundan başqa Beşiktaş meydanında toplaşan Xalqın Qurtuluş Partiyasının üzvləri Taksim meydanına qanunsuz yürüş etmək istəyiblər. Nəticədə polislə qrup üzvləri arasında qarşıdurma yaşanıb. Nümayiş iştirakçılarından 10 nəfər saxlanılıb.



AzVision.az



Teqlər: Türkiyə   1-May  





Xəbər lenti